Misli Premyer Liqasında 33-cü tura bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun son oyunları paytaxtda baş tutub.
Çempionluğunu ötən tur rəsmiləşdirən "Qarabağ" "Tofiq Bəhramov"da "Sumqayıt"ı sınağa çəkib. Qurban Qurbanovun komandası sürprizə imkan verməyib.
Turun son oyununda isə "Neftçi" "Kəpəz"i qonaq edib. "Ağ-qaralar" məğlubiyyətdən matça əlavə olunmuş son dəqiqələrdə penaltidən vurduğu qolla məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, turun digər oyunları cümə ("Zirə" - "Turan Tovuz" 1:0) və şənbə ("Şamaxı" - "Səbail" 1:1, "Araz-Naxçıvan" - "Sabah" 1:1) keçirilib.
Misli Premyer Liqası
33-cü tur
4 may
“Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Yassin Benzia, 60. Kadi Borges, 82.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı, Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionustadionu
"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 26. Amin Rzayev, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov
"Sumqayıt": 36. Xəyal Fərzullayev, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 24. Sənan Muradlı, 64. Kənan Feyziev, 19. Roi Kehat, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov
“Neftçi” – “Kəpəz” 2:2
Qollar: Aleks Fernandes, 24. Emin Mahmudov, 45+6-pen. - Luis Paçu, 50. Camal Cəfərov, 62.
Qırmızı vərəqə: Elvin Camalov, 71 ("Neftçi")
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
“Kəpəz”: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda: 78. Yeqor Xvalko (k), 11. Trent Buhagiar, 3. Mahamadu Ba, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 28. Rati Ardazişvili.
Baş məşqçi: Azər Bağırov.