Asiya Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, final görüşündə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə Yaponiyanın "Kavazaki Frontale" komandası üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan matçın favoriti sayılan "Əl-Əhli" meydandan 2:0 hesabı ilə qalib ayrılıb. Qolları ilk hissədə Qaleno və Kessei vurublar. Bu qələbə sayəsində Səudiyyə təmsilçisi tarixində ilk dəfə turnirin qalibi olub. Komanda daha əvvəl oynadığı iki finalda titul qazana bilməmişdi.
Debüt finalını keçirən "Kavazaki Frontale" isə ilk cəhdində məğlubiyyətlə üzləşib.