"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen 223 günlük aradan sonra La Liqanın 34-cü turunda "Real Valyadolid"lə oyunda meydana çıxıb.
Fanat.Az xəbər verir ki, alman qolkiper DAZN-a açıqlamasında duyğularını belə bölüşüb:
"Bu xüsusi matçda meydançaya çıxmaq istəyirdim. Qələbə dönüşümü daha da şirin etdi. Belə davam etməliyik. Qarşıdan gələn həftələri səbirsizliklə gözləyirəm. Çünki mövsümün sonuna yaxın bir neçə gözəl oyunumuz var.
Hesabda 0:1 geridə olarkən çətinliklə üzləşdik. Onların itirəcəkləri heç nə yox idi. Sequndaya düşmələri ayıbdır. Onların böyük komandası və heyrətamiz azarkeşləri var.
Flik həmişə düzgün balansı tapır. Biz bir komandayıq. Biz birlikdə qalib gəlirik və bir nəfər kimi sevinirik”.
Xatırladaq ki, dizindən aldığı zədəsini sağaldan 33 yaşlı qolkiper bu mövsüm cəmi 8 matçda iştirak edib.
Mirağa