“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli Azərbaycan 2-ci Liqasının 24-cü turu çərçivəsində “Şahdağ Qusar”la oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə bitən matçla bağlı belə danışıb:
“İlk növbədə hər iki klubun azarkeşlərinə təşəkkür edirəm, belə möhtəşəm atmosfer yaratmışdılar.
Oyunu qazanmalı olduğumuzu bilirdik, lakin alınmadı. Rəqib kompakt müdafiə olundu, arzuladığımız qolu vura bilmədik. Futbolçularıma təşəkkür edirəm, yaxşı mübarizə apardılar.
Qarşıdakı oyunlarda maksimum nəticə qazanıb rəqibin büdrəməsinə ümid edəcəyik. İnanıram ki, "Qusar" və "Dinamo" "Şahdağ Qusar"ı büdrədə biləcək.
Növbəti mövsümdə çempionluğa oynayacağıq. Komandanı gücləndirəcəyik. Əsas məqsəd çempionluqdur”.