Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi “Nürnberq” 32-ci tur çərçivəsində doğma meydanda “Elvesberq”i qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emreli oyunda start heyətində çıxıb və matçı əvəzolunmadan keçirib.
“Nürnberq” hazırda 45 xalla 10-cu yerdədir.