21:37 04.05.2025 141

"Traktor"la yoldaşlıq oyunu keçirsək, çox şad olaram" - Qurban Qurbanov

Misli Premyer Liqasının 33-cü turunda öz meydanında “Sumqayıt”ı qəbul edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çoxdandır “Azersun Arena”da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir.

– Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?

– Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. “Zirə” ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır.

– Ötən tur “Sabah”la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?

– Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.

– Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi “İctimai” TV-də belə bir fikirlər səslənir ki, hakimlər sizə kömək edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?

– Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanmıram ki, o belə göstəriş versin. “İctimai” TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.

– Çempionluğu necə qeyd edəcəksiniz?

– Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.

– Mövsüm ərzində media ilə sıx əlaqədə olursuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?

– Biz bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.

– “Azersun Holding”də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?

– Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim “Azersun Holding” rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gozal bəyə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. “Azersun Holding” rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.

– Sizcə, “Qarabağ” – “Traktor” qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?

– “Traktor”u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nəvaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq (sportal.az).

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2025
00:33

İPL: "Çelsi" çempion "Liverpul" üzərində inamlı qələbə qazandı

00:10

Türkiyə Super Liqası:İstanbul derbisini "Beşiktaş" qazandı

04 May 2025
23:57

Almaniya Bundesliqası: "Bayern Münhen" çempionluğu rəsmiləşdirdi

23:25

Azər Bağırov "Neftçi" ilə 2:2 bitən oyundan nə danışdı?

23:03

“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib" - Samir Abasov

22:40

"Səbail"lə "Sabah"ın əvəzediciləri səfərdən 3 xalla döndülər

22:21

Emreli oynadı, komandası uduzdu

21:58

MPL: "Qarabağ"dan inamlı qələbə,"Neftçi" "Kəpəz"lə oyunda xal itirdi

21:37

"Traktor"la yoldaşlıq oyunu keçirsək, çox şad olaram" - Qurban Qurbanov

21:19

Vaqif Cavadov "Qarabağ"a məğlubiyyəti şərh etdi

21:09

Cüdoçularımız Avropa Kubokunu 18 medalla başa vurdular

20:40

ASTF-nin baş katibi beynəlxalq tədbirdə iştirak edib

20:15

"İnanıram ki, "Qusar" və "Dinamo" "Şahdağ Qusar"ı büdrədə biləcək"

19:56

"Xəzər Lənkəran"da belə ab-havada oynamışam" - "Şahdağ Qusar"ın baş məşqçisi

19:22

Renat oynadı, komandası büdrədi

18:53

Azərbaycan millisinin üzvü klubsuz qaldı

18:20

"Sabah" yenə "Neftçi"ni məğlub etdi

17:58

İkinci Liqa: "Şəfa" "Şahdağ Qusar"ı taxtdan sala bilmədi

17:00

Barış Yılmaz "Qalatasaray"dan ayrılır - Bu üç klubdan birinə keçəcək

16:23

Xavinin yeni iş yeri bilindi

15:54

PSJ-nin "memar"ı ilə danışıqlar dalana dirəndi - SON DURUM

15:11

223 gün sonra meydana çıxan ter Ştegen: "Qarşıda bir neçə gözəl oyunumuz var"

14:40

Ançelotti "Real"dakı gələcəyinə bu tarixdə aydınlıq gətirəcək - Özü açıqladı

14:02

“Bakı Marafonu 2025”-in qalibləri müəyyənləşdi

13:26

Ərəblər çempion məşqçi ilə yolları ayırdılar - RƏSMİ

12:59

“Bakı Marafonu 2025”-ə start verildi

12:42

ABL: "Neftçi" ilə "Sabah" yenidən üz-üzə

12:21

Messi qol həsrətinə son qoydu - VİDEO

11:58

"Barselona" ulduzunu itirdiyini açıqladı

11:06

"Naxçıvan"da baş məşqçi istefası reallaşdı

10:49

"Neftçi" "Kəpəz"lə matça 5 itki ilə çıxacaq - ADLAR

10:25

Asiya Çempionlar Liqasının qalibi bilindi

09:53

"Böyük Dəbilqə": Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:15

Liqa 1: PSJ Parisə xalsız qayıtdı

01:06

İspaniya La Liqası: "Barselona" büdrəmədi

00:52

İtaliya A Seriyası: Lider səfərdə, "İnter" evdə tək qolla qazandı

03 May 2025
23:14

Elmar Baxşıyev "Sabah"la oyun barədə nə danışdı?

22:46

"Əfsuslar olsun ki, yenə heç-heçə etdik" - Vasili Berezutski

22:17

Azərbaycan komandasından "bürünc"

Facebookdan bizi izləməyi unutmayın.
X