"Bayer Leverkuzen" Almaniya çempionatının 32-ci turunda "Frayburq"la qarşlaşmada məğlubiyyətdən çətinliklə xilas olub.
Fanat.Az xəbər verir ki, "əczaçılar" 0:2 hesabı ilə geri düşdükləri oyunun son saniyələrində hesabı bərabərləşdirməyi bacarıblar.
Beləliklə, "Bayer" Bundesliqada səfər matçlarındakı məğlubiyyətsizlik seriyasını uzadıb. "Opta"nın hesablamasına görə, Xabi Alonsonun komandası rəqib meydanlarında keçirdiyi son 33 matçda uduzmayıb. Komanda bu görüşlərdən 23-də qalib gəlib, daha 10 dəfə heç-heçə edib. Bu, “Bayern Münhen”in 2012-2014-cü illər arasında müəyyənləşdirdiyi rekordun təkrarıdır.
Xatırladaq ki, son turda qalib gələ bilməyən "Bayer" çempionluq titulunu vaxtından əvvəl "Bayern Münhen"ə təslim edib.
Mirağa