İdman Arbitraj Məhkəməsi (CAS), FİFA-nın Meksikanın "Leon" klubunu qarşıdan gələn klublararası dünya çempionatından kənarlaşdırmaq barədə qərarını qüvvədə saxlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Leon" yarışın digər iştirakçısı "Paçuka" kimi eyni sponsora məxsusdur. Bu, mövcud reqlamentin pozulmasıdır. Klub apellyasiya şikayəti verib. Nəhayət, kənarlaşdırma ilə bağlı yekun qərar qəbul edilib.
CAS-ın son iclasında Kosta-Rika təmsilçisi "Alajuelense"nin həm "Leon"u, həm də "Paçuka"nı diskvalifikasiya etmək istəyi isə rədd edilib. Başqa sözlə, "Leon"dan fərqli olaraq, "Paçuka" bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək klublararası dünya çempionatında oynamaq hüququnu özündə saxlayır.
Mirağa