Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Jeonbuk"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Krivotsyuk matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xallarını 27-yə yüksəldən "Daejeon" liderliyini davam etdirir.