Bu gün UEFA Çempionlar Liqasında son finalçı müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ “Arsenal”ı qəbul edəcək.
İlk oyunda Fransa nəhəngi səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Bugünkü görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, həlledici qarşılaşmada oynayacaq ilk komanda dünən bəlli olub. “İnter” “Barselona”nı məğlub edərək finala yüksəlib və rəqibini gözləyir.
UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə)
İlk oyun – 1:0