"Barselona"nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının yarımfinalında "İnter"ə 3:4 hesabı ilə uduzduqları cavab oyununa reaksiya bildirib.
Fanat.Az xəbər verir ki, 17 yaşlı ispaniyalı ulduz sosial şəbəkə hesabında belə paylaşım edib:
"Əlimizdən gələni etdik, meydanda hər şeyimizi verdik. Təəssüf ki, bu il alınmadı. Amma geri qayıdacağıq. Buna şübhəniz olmasın. "Barselona"nı aid olduğu yerə - zirvəyə qaytarana qədər dayanmayacağıq. Verdiyim sözə əməl edəcəyəm və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər mübarizə aparacağıq".
Xatırladaq ki, "Barselona" öz meydanında 3:3 hesablı heç-heçə etdiyi "İnter"ə Milanda uduzaraq (3:4) Çempionlar Liqası ilə vidalaşıb.