AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarında yaşananları müzakirə edərək ölçü götürüb.
Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində meydan sahibi komandanın futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə edilib. Həmçinin qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz təmsilçisi 700 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Sabah” matçında isə Bakı təmsilçisindən 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
“Neftçi” – “Kəpəz” qarşılaşmasının 70-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.