"Atletik Bilbao"nun lideri UEFA Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"lə cavab görüşünü buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Söhbət Niko Uilyamsdan gedir. Futbolçu zədə səbəbindən qarşıdakı matçın siyahısına daxil edilməyib. İnyakiyə baldır nahiyəsində zədə diaqnozu qoyulub.
"Old Trafford"da keçiriləcək qarşılaşma sabah, mayın 8-də baş tutacaq. İlk görüşdə Ruben Amorimin komandası 3:0 hesabı ilə qalib gəlib.
Mirağa