Çempionlar Liqasının ardından UEFA Avropa Liqasında da yarımfinal mərhələsinin cavab görüşləri başlayır.
Fanat.Az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşəcək.
"Mançester Yunayted" doğma meydanda "Atletik"i qəbul edəcək. İspaniyada rəqibini böyük hesabla məğlub edən "qırmızı şeytanlar"ın bir ayağı finaldadır. Digər İngiltərə təmsilçisi "Tottenhem" isə "Budyo QLimt"in qonağı olacaq. Hotspurlular ilk matçda rəqibini 3:1 hesabı ilə məğlub etdiyi üçün Norveçə favorit qismində yollanıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.
UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
8 may
23.00. "Mançester Yunayted" (İngiltərə) - "Atletik Bilbao" (İspaniya)
İlk oyun - 3:0
23.00. "Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:3