“Qarabağ” UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.
Fanat.Az xəbər verir ki, bu, cari mövsümün yarımfinalçılarının adlarına aydınlıq gəldikdən sonra məlum olub.
Həm PSJ klubu, həm də onun finaldakı rəqibi olan İtaliya “İnter”i Çempionlar Liqasının əsas mərhələsinə öz ölkələrinin çempionatından vəsiqəni təmin ediblər. Qaydalara əsasən, finalçılar gələn mövsüm Çempionlar Liqasına vəsiqəni öz çempionatları vasitəsilə qazandıqları üçün yerdəyişmələr baş verib. Beləliklə, Yunanıstan "Olimpiakos"u qrup mərhələsində birbaşa Liqa mərhələsində iştirak hüququna yiyələnib. Nəticədə, II təsnifat mərhələsində bir komandanın azalması ilk raundda mübarizə aparacaq iki ən reytinqli klubun təsnifat yolunu qısaldıb.
Beləliklə, Slovakiya təmsilçisi “Slovan” (33,500) və “Qarabağ” (32,000) ilk raunddan azad edilib.