UEFA Çempionlar Liqasının növbəti mövsümündə İngiltərə Premyer Liqasından 6 komanda yarışacaq.
Fanat.Az xəbər verir ki, bu, sözügedən ölkənin iki təmsilçisinin - “Mançester Yunayted” və “Tottenhem”in UEFA Avropa Liqasında finala yüksəlməsi nəticəsindən rallaşıb.
Reqlamenə görə, AL-nin qalibi birbaşa ÇL-ə vəsiqə qazanacaq. Həmçinin İngiltərə Premyer Liqasında mövsümü ilk 5 yerdə bitirən komandalar da qitənin ən nüfuzlu yarışında iştirak edəcək.
Qeyd edək ki, “Liverpul” çempion olmaqla ÇL-yə ilk vəsiqəni qazanan komanda olub. “Arsenal”, “Mançester Siti”, “Nyukasl Yunayted”, “Çelsi”, “Nottingem Forest” və “Aston Villa” isə bu hüquq üçün mübarizənı davam etdirir.
Avropa Liqasının finalı mayın 21-də Bilbaoda olacaq.