Türkiyədə növbəti mövsümün “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qardaş ölkədə yay transfer dönəmi 2025-ci il iyunun 30-da açılacaq və sentyabrın 12-də yekunlaşacaq.
Qış “transfer pəncərəsi” isə 2026-cı il yanvarın 5-də açılacaq. Klublar heyətlərini fevralın 10-na qədər müddətə gücləndirə biləcəklər.