İspaniyanın "Betis" klubunun baş məşqçisi Manuel Pelleqrini UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin "Fiorentina" ilə cavab matçındakı heç-heçəni qələbə adlandırıb.
Fanat.Az xəbər verir ki, "Marca" təcrübəli mütəxəssisin oyunsonrası mətbuat konfransındakı fikirlərini belə təqdim edib:
"Biz qalib gəlməliydik və düşünürəm ki, bunu bacardıq. Daha bir neçə qol vura bilərdik".
Görüş 2:2 hesabı ilə nəticələnib. Əsas vaxt “bənövşələr”in xeyrinə başa çatıb (2:1). İlk görüşdə "Betis" minimal hesabla qalib gəldiyi üçün komandalar 15 dəqiqəlik daha iki hissə oynamağa məcbur olublar. Nəticədə ispanlar hesabı bərabərləşdirə biliblər və iki matçın nəticəsinə əsasən tarixində ilk dəfə avrokubokun finalına yüksəldilər.
Mirağa