14:10 09.05.2025 1254

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

İkinci Liqadan Birinci Liqaya birbaşa yüksələcək üç komandanın adı məlum olsa da, pley-off uğrunda gərgin rəqabət davam edir.  "Şəmkir"lə "Haypers Quba" 4-cü yeri tutaraq Birinci Liqada 9-cu olacaq komanda ilə pley-off oynamaq üçün güzəştsiz mübarizə aparır. Hazırda Quba təmsilçisi 45 xalla 4-cü, şəmkirlilər isə 5-ci (44 xal) pillədə qərarlaşıblar. Maraqlıdır ki, çempionatın bombardirlik yarışına da bu iki komandanın futbolçuları başçılıq edirlər. "Haypers"in yarımmüdafiəçisi Cavid İmamverdiyev 27 dəfə rəqib qapılarına yol tapıbsa, "Şəmkir"in əsas qol silahı Vidadi Cəfərov da eyni sayda qolla yadda qalıb. Cavidlə əlaqə saxlayıb ortaya qoyduğu performans, özünün və komandasının hədəfləri barədə fikirlərini öyrəndik.

35 yaşlı hücumameylli yarımmüdafiəçinin Fanat.Az-a müsahibəsi belə alındı:

- İkinci Liqada 27 qol vurmusan və "Şəmkir"li Vidadi Cəfərovla birgə şərikli bombardirsən. Mövsümü ən məhsuldar oyunçu kimi bitirmək şansını necə dəyərləndirirsən? Belə bir hədəfin varmı?
- Bəli. Xoş haldır ki, 27 qolla bombardirlər sırasındayam. Məqsədim ikinci liqanın bombardiri olmaqdır.

- Bu qədər məhsuldar oyun sərgiləyəcəyini gözləyirdinmi?
- Əlbəttə, gözləyirdim. Qol vurmaq mənim sevdiyim işdir. Məni tanıyanlar bilirlər ki, bir az üzərimdə çalışsam, çox yaxşı yerlərə gəlib oynaya bilərəm. Yenidən futbola həvəsimin artığını deməliyəm.


- Çempionatda 13 rəqibdən yalnız "Şəki Siti"yə qol vura bilməmisən, digər 12 komandanın hamısının qapısına yol tapmısan. Şəkililərlə oyunlarda bu, niyə alınmayıb?  
- Açığı, bu statistikaya fikir verməmişdim. Siz dediniz, xəbərim oldu. Bilmirəm, yəni bu futboldur, hər şey ola bilər. Demək ki , “Şəki Siti” ilə oyunlarda mənim günüm olmayıb.

- İkinci Liqanın səviyyəsi barədə nə deyə bilərsən? 
- Sizə deyim ki, İkinci Liqanın səviyyəsi Azərbaycan futboluna görə yetərli qədər yaxşıdır. Hətta deyərdim ki, burada Birinci Liqadan daha maraqlı oyunlar keçir. Əlbəttə, bu, hər komandaya şamil deyil. Amma ilk "5-lik"də olan komandaların oyunu Premyer Liqadakı oyunlara nəzərən daha maraqlı, ajiotajlı və gərgin olur.

- Hazırda 4-cü yerdəsiniz və pley-offda oynamaq variantınız var. Birinci Liqaya yüksəlmək şansınızı necə dəyərləndirirsən? 
- Əlbəttə, məqsədimiz Birinci Liqaya yüksəlməkdir və bunun üçün maksimum dərəcədə çalışacağıq. Əsas qarşıdakı iki oyunumuzda qələbə qazanmağı düşünürük. Ondan sonra isə pley-off haqqında fikirləşəcəyik. Birinci liqaya yüksəlməyi kim istəməz ki?

- Bəs səni bu mövsüm yenidən Premyer Liqada görə bilərikmi? Bunun üçün nə lazımdır?
- Hər şey ola bilər, amma çəkimi ən azı 6-7 kilo azaltmalıyam. Premyer Liqaya qayıtmağı çox arzulayıram, amma bunun üçün qarşımda duran ən böyük maneə çəkimdir.

- Fiziki hazırlığını yoluna qoyub "Qəbələ", "Karvan", "İmişli" kimi debütantlarda oynamaq  təklif alsan, dəyərləndirərsən? Yoxsa liqaları pillə-pillə qalxmaq istəyirsən?   
- Bir futbolçu kimi hər təklifə açığam. Çəkimi atdıqdan sonra Premyer Liqada rahatlıqla oynaya bilərəm. Bunun üçünsə mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır.

- "Haypers Quba"da U-21 və ya əsas millimizdə oynaya biləcək potensialda oyunçu var? Varsa, ad deyə bilərsən? Ümumiyyətlə, gənclər səndən məsləhət alırlarmı?
- İnanın səmiyyətimə, var. “Haypers Quba"da Ağabəşir Həşimli, İbrahim İbrahimli kimi çox potensiallı və gələcək vəd edən oyunçularımız var. Çox sağ olsunlar ki, məni böyük qardaş kimi görüb məsləhətlərimə qulaq asırlar. Məndən savayı, bizim komandada Qeyrət Əliyevin, İlqar Ələkbərovun, baş məşqçimiz Elvin Həsənovun da məsləhətlərinə qulaq asırlar. Baş məşqçimiz daxil olmaqla, hamımız çalışırıq ki, onlara ən yaxşı məsləhətləri verək. Çünki onların karyeraları hələ qabaqdadır.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X