"Vulverhempton"un baş məşqçisi Vitor Pereyra Premyer Liqanın aprel ayının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Ötən ay onun rəhbərlik etdiyi komanda keçirdiyi 5 oyundan 5-də də qalib gəlib.
Pereyra azarkeşlərin və ekspertlərin səsverməsində rəqibləri Unai Emeri (Aston Villa), Pep Qvardiola (Mançester Siti), Eddi Hou (Nyukasl) və Arne Slotu (Liverpul) geridə qoyub.
"Vulverhempton" 36 turdan sonra 44 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Mirağa