"Liverpul"un baş məşqçisi Arne Slot "Real Madrid"ə gedən Trent Aleksandr-Arnoldu "daxili imkan" hesabına, 21 yaşlı Konor Bredli ilə əvəzləyəcək.
Fanat.Az xəbər verir ki, bunu BBC-yə açıqlamasında niderlandlı mütəxəssis özü deyib.
O, gənc cinah yarımmüdafiəçisini artıq “Çelsi” ilə səfər matçında Trentin mövqeyində sınayıb.
"Biz "Liverpul" üçün çox yaxşı müdafiəçi kimi Konora çox güvənirik və bu, onun son iki mövsümdə göstərdiyi performansa görə yaranan inamdır".
Bredli bu mövsüm klubu ilə bütün yarışlarda 26 oyun keçirib və iki məhsuldar ötürmə edib. Şimali irlandiyalının klubla hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. Futbolçunun transfer dəyəri 25 milyon avrodur.
Mirağa