Misli Premyer Liqasının 34-cü turu çərçivəsində "Kəpəz"in qonağı olacaq "Sumqayıt" oyuna itkilərlə çıxacaq.
"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda səfər matçında 2 futbolçunun xidmətindən məhrumdur:
"Mövsümü başa vurduğu öncədən bilinən İsa Sulimandan başqa, Elvin Bədəlov da zədə səbəbindən qarşıdakı matçı buraxır. Bundan başqa, Sərtan Taşkının durumu qeyri-müəyyəndir. O, üz nahiyyəsindən xəsarət almışdı, gözünün altı şişmişdi. Meydana çıxıb-çıxmayacağına məşqçilər qərar verəcək".
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması saat 20:00-da start götürəcək. Matçı Fərid Hacıyev idarə edəcək. 31 oyuna 35 xal toplayan Bakı komandası turnir cədəvlinin 7-ci pilləsində qərarlaşıbsa, 29 xalı olan "Sumqayıt" 8-ci sıradadır.
Mirağa