Polşa çempionatında 32-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Radomyak” Ekstraklasada növbəti oyununu keçirib.
Sözügedən kollektiv öz meydanında "Poqon"la qarşılaşıb.
Renat start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Futbolçumuzun komandası 2:0 hesabı ilə qalib gəlib. Radom təmsilçisi bu nəticə ilə 5 oyunluq qələbəsiz seriyaya son qoyub.
Qeyd edək ki, fevraldan "Radomyak"da çıxış edən Dadaşov 10 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.