Misli Premyer Liqasının 34-cü turunda “Zirə” ilə qarşılaşan "Səbail"in baş məşqçisi Elvin Məmmədov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, evdə 0:1 hesabı ilə uduzduqları görüşlə bağlı belə danışıb:
“Bilirdik ki, bizi ağır oyun gözləyir. Şansdan yararlanmaq istəyirdik, amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizim yanımızda deyildi.
Mənə şans verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif edilsə, niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola, ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Gələcəyi fikirləşməliyik”.