Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Turan Tovuz"la qarşılaşan "Neftçi"nin baş məşqçisi Samir Abasov görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya verib meydana çıxarmaq çox çətindir. Tovuzdakı atmosferə fikir verməməyi tapşırmışdım. Demişdim ki, yalnız formaya, onun üzərindəki loqonu düşünün.
Bu gün azarkeşlərimizə deməyə hansısa sözümüz yoxdur. Çünki o qədər vədlər eşidiblər, sözlər verilib. Ona görə də, biz onlara meydanda sübut etməliyik, öz oyunumuzla, qələbərimizlə inam yaratmalıyıq. Amma növbəti mövsümün konturları cızılır. Görüşüb danışmışıq.
Bu gün hücumda eyni vaxtda Ağadadaş, Darbo və Sambuya şans verməyimiz planlı idi. Darbo ilə Sambunun qol epizodları oldu. “Neftçi” oyunçusunun fərqi odur ki, gətirdiyimiz futbolçulardan həmin an nəticə gözləyirik. Aleks qışda bizə qoşulub. Onun göstəriciləri bəllidir. Düşünürəm ki, zamanla düzələcək".
Mirağa