Misli Premyer Liqasında XXXV turun oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək.
Turun 3 görüşü eyni saatda başlayacaq. Bürünc medal və 4-cü yer şansı olan “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” eyni vaxtda meydana çıxacaq.
Misli Premyer Liqası
XXXV tur
17 may (şənbə)
17:00. “Sumqayıt” – “Turan Tovuz”
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu
17:00. “Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu
18 may (bazar)
17:00. “Neftçi” – “Səbail”
“Neftçi Arena”
19:00. “Qarabağ” – “Kəpəz”
“Azersun Arena”