"Real Madrid" Xabi Alonsonun baş məşqçi təyin olunması ilə bağlı ispan mütəxəssislə tam razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin məlumatına görə, Alonso iyunun 1- də vəzifəsinin icrasına başlayacaq və komandanı 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına hazırlayacaq.
Karlo Ançelotti "Real"ı La Liqanın son oyununun ardından tərk edəcək .
Qeyd edək ki, Alonso keçən həftə "Bayer"dən ayrıldığını açıqlayıb.
Xabi "Real Madrid"də futbolçu kimi çıxış edib.
Mirağa