"Roma" rəhbərliyi komandanın yeni baş məşqçisi postuna iki favoritini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
“Roma”nın idman direktoru Florent Qisolfi, klub prezidenti Dan Fridkin və baş məşqçi Klaudio Ranyeri arasında görüş keçirilib və görüşdə paytaxt təmsilçisinin gələcək çalışdırıcısının adı müzakirə olunub. Görüşün yekunlarına görə, iki favorit müəyyənləşib - "Atalanta"dan Can Pyero Qasperini və "Komo"dan Sesk Fabreqas.
Görüşü daha sonra Ranyeri özü də təsdiqləyib.
"Bu mövqeyə iki əsas iddiaçı var. Biz bu istiqamətdə işləyirik. Gələn mövsüm Çempionlar Liqasına düşməmək riskimizə görə bir neçə potensial namizəd bizimlə əlaqə saxlamaqdan imtina edib.
Yeni məşqçi ilə bağlı rəsmi açıqlamanı prezident verəcək. Mən sizə tarixi deyə bilmərəm. Biz hər həftə görüşür və gələcək məşqçi haqqında danışırıq".
“Roma” A Seriyasının 36-cı turu çərçivəsində turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Atalanta” ilə qarşılaşacaq.
Mirağa