Türkiyənin "Kocaelispor" klubunda sürpriz baş məşqçi ayrılığı yaşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya I Liqada çempionluq yaşadaraq Super Lİqaya vəsiqə əldə edən İsmet Taşdemirlə yollar ayırıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İsmet Taşdemir ötən ilin dekabr ayında "Kocaelispor"un baş məşçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 16 il sonra Super Liqaya vəsiqə qazanıb.