Argentina millisinin baş məşqçisi Lionel Skaloni Xosep Qvardiola və Joze Mourinyu haqda fikirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Albiseleste"nin çalışdırıcısı ispan və portuqaliyalı arasında seçim edə bilməsə də, hər ikisinə hədsiz hörmət bəslədiyini etiraf edib.
"AlbicelesteTalk" dünya çempionu olan mütəxəssisin fikirlərini belə çatdırıb:
"Qvardiola, yoxsa Mourinyo? Hər ikisi. Onlarla müqayisədə heç kiməm, amma hər ikisindən nümunə götürməyə çalışıram. Pepin "Barselona"sı mükəmməl futbol oynayırdı və bəzən eyni şeyi "Bayern" və "Mançester Siti"də də görmüşəm. Mourinyuya gəlincə, mənim məşqçilər heyətimdə Valter Samuel var, o, mənə onun haqqında çox maraqlı şeylər danışır. Mən ondan yeni şeylər öyrənməyi xoşlayıram".
Qvardiola hazırda “Mançester Siti”yə, Mourinyu isə “Fənərbağça”ya rəhbərlik edir.
Mirağa