Azərbaycanın daha bir stadionu FİFA sertifikatı alıb.
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb. Bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.