Cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröyne karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Saşa Tavoleri yayıb.
Mənbənin məlumatına görə, "Napoli" ulduz futbolçunun xidmətində maraqlıdır. Neapolluların tezliklə qarşı tərəfə ilkin müqavilə təklifini göndərəcək. Artıq hazırlanan təklifin detalları da bəllidir. İtaliya nəhəngu Kevinə "2+1" illik müddətə müqavilə təklif edəcək. 33 yaşlı yarımmüdafiəçi razılaşsa, ilinə təxminən 7 milyon avro qazanacaq.
De Bröyne 2015-ci ildən “Mançester Siti”də oynayır. “Şəhərlilər”dən əvvəl Kevin Belçikanın “Genk”, "Çelsi", “Verder” və “Volfsburq” klublarında çıxış edib. Belçikalı İngiltərə nəhənglərinin heyətində 16 titul qazanıb ki, onlardan biri 2022/2023 mövsümünə təsadüf edən Çempionlar Liqasının kubokudur.
Mirağa