"Bayern Münhen", "Mançester Siti" və "Malaqa"nın keçmiş oyunçusu Martin Demiçelis işsiz qalıb.
Fanat.Az xəbər verir ki, o, "Monterrey" klubunun baş məşqçisi postundan qovulub.
Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis 2024-cü ildən sözügedən komandada işləyirdi və bu müddət ərzində “zolaqlılar” onun rəhbərliyi altında bütün turnirlərdə 43 görüş keçirib, onlardan 20-də qalib gəlib, 11-də heç-heçə edib, daha 12-də uduzub.
Qeyd edək ki, "Real"ın və PSJ-nin sabiq futbolçusu Serxio Ramos "Monterrey"də çıxış edir.
Klub yayda klublararası dünya çempionatında iştirak edəcək və "İnter", "River Pleyt" və "Urava" ilə qarşılaşacaq.
Mirağa