Üç fərqli klubla Çempionlar Liqasının qalibi olmuş məşhur niderlandlı sabiq yarımmüdafiəçi Klarens Zeedorfun yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, İranda çalışacaq.
Məlumatı FFS yayıb.
Mənbənin məlumatına görə, Zeedorf İran futbolunun güclü klublarından biri olan "İstiqlal"dan maliyyə baxımından cəlbedici təklif alıb. Müqavilə bir il müddətinə bağlanır.
Zeedorfun ardınca onun “Ayaks”dan keçmiş komanda yoldaşı Frank de Burun da İran klubuna keçəcəyi bildirilir. O, İran klubunun yeni baş məşqçisi olmağa hazırlaşır.
De Bur Amsterdam klubu ilə yanaşı, vaxtilə Milan “İnter”ini də çalışdırıb.
Mirağa