İngiltərınin "Nottingem Forest" klubunun və Nigeriya millisinin hücumçusu Tayvo Avoniyi ikinci əməliyyatdan əvvəl komaya düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə “meşəbəyilər”in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, forvard ötən gün qarnından əməliyyat olunub və həkimlər onun ürək ritmini normada saxlamaq üçün lazımi tədbirləri görüblər. Hazırda qapıçının durumu qənaətbəxşdir.
Qeyd edək ki, Avoniyi İngiltərə Premyer Liqasının (İPL) 36-cı turunda “Lester”ə qarşı oyunda (2:2) qapı dirəyinə çırpılaraq xəsarət aldığı üçün təcili əməliyyat olunmuşdu. Həmin vaxt da o, komaya düşmüşdü.
Avoniyi cari mövsüm İPL-də 26 matça çıxaraq 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Mirağa