İtaliyanın "Sampdoriya" klubu tarixində ilk dəfə C seriyasına düşüb.
Fanat.Az xəbər verir ki, Alberiko Evaninin komandası B Seriyasının final - 38-ci turunda “Yuve Stabia” ilə 0:0 hesablı heç-heçə oynayıb.
Bununla da genuyalılar aşağı liqaya yuvarlanmamaq uğrunda mübarizədə uğursuzluğa düçar olub.
"Sampdoriya" ilə yanaşı, "Kosenza" və "Cittadella" da üçüncü diviziona düşüb. "Frozinone" və "Salernitana" pley-offda oynayacaq, "Breşiya" isə B Seriyasında yerini təmin edib.
"Sampdoriya" yarandığı vaxtdan - 1946-cı ildən sonra ilk dəfə bu aqibəti yaşayıb. Sözügedən komanda 2022/23 mövsümündə elitada çıxış edib. Komanda 1990/1991 mövsümündə İtaliya çempionu, 1984/1985, 1987/1988, 1988/1989, 1993/1994 mövsümlərində ölkə kubokunun, həmçinin 1991-ci ildə ölkə Superkubokunun, 2007-ci ildə İntertoto Kubokunun qalibi olub.