Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi ilk oyununun yeri və başlama vaxtı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, DÇ-2026-ya səfərdə başlayacaq millimiz İslandiya ilə Reykyavikdə qarşılaşacaq.
D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Sözügedən arena 9522 yer tutumludur və iki tribunalıdır.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı, Fransa və Ukrayna yığmaları ilə yarışacaq.