Portuqaliyanın "Santa Klara" komandasının oyunçusu Qabriel Silva futbol meydanında ən sürətli sprint üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Portuqaliya çempionatının 33-cü turunda "Famalikao" ilə oyunda (2:1) braziliyalı vingerin sürəti inanılmaz həddə - 40,3 km/saata çatıb.
"O Jogo"-nun "STATSports" izləmə sisteminə istinadən verdiyi xəbərə görə, 23 yaşlı braziliyalı, pik sürəti 39,21 km/saat olan "Nyukasl"ın müdafiəçisi Sven Botmanın əvvəlki nailiyyətini ötüb.
Silva 2022-ci ildən "Santa Klara"da çıxış edir. Bu mövsüm o, 36 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 3 milyon avro qiymətləndirir.
Mirağa