"Liverpul" "Bayer"in yarımmüdafiəçisi Florian Virts ilə danışıqlar aparıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.
Nəşrin məlumatına görə, futbolçu potensial yeni klubunun şəraitini yerində yoxlamaq üçün həm də məsləhətçiləri olan valideynləri ilə şəxsi təyyarəylə İngiltərəyə bir günlük səfər edib.
Virts bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə 44 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mirağa