Mövsüm başa çatdıqdan sonra "Bayern Münhen"i tərk edəcək müdafiəçi Erik Dayerin yeni klubu dəqiqləşib.
Fanat.Az xəbər verir ki, karyerasını Fransada davam etdirəcək.
İngilis futbolçu yayda "Monako"ya keçəcək. Bu barədə moneqasklıların rəsmi saytı məlumat yayıb. 31 yaşlı ingilis müdafiəçi ilə 30 iyun 2028-ci il tarixinədək müddətə müqavilə imzalanıb.
Qeyd edək ki, Dayer keçən ilin yanvarında "Tottenhem"dən "Bayern Münhen"ə icarə əsasında keçib. Ancaq almanlar yayda onu birdəfəlik transfer ediblər. O, Almaniya nəhənginin heyətində 47 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.