Braziliyalı futbol ulduzu Neymar dəyəri 1 milyon funt sterlinqdən çox olan "Ferrari Purosangue" avtomobili almaqla növbəti dəfə manşetlərə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Hücumçu "Instagram" hesabında yeni superkarı nümayiş etdirib: idman xarakterli qara dördqapılı avtomobil "Neymar" yazısı olan fərdi interyerlə bəzədilib. Avtomobil cəmi 3,2 saniyəyə 100 km/saat sürət yığır.
Bu, onun qarajındakı ilk lüks avtomobil deyil. Neymar artıq "Rolls-Royce Ghost", "Bentley Continental GT", "Lamborghini Huracan", "Mercedes G-Wagon" və "Aston Martin DBX" kimi bahalı avtomobillərə də sahibdir.
İdman tərəfinə gəlincə, braziliyalının karyerasında hər şey yaxşı getmir. O, hazırda zədədən əziyyət çəkir. Buna baxmayaraq, "Santos" klubu Neymarla müqavilənin müddətini uzatmaq istəyir.
Mirağa