"Barselona"nın yay üçün transfer planları ilə bağlı məlumat ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" informasiya yayıb.
Mənbənin məlumatına görə, "Barselona" yeni transferləri maliyyələşdirmək və hazırkı oyunçularla müqavilələrin müddətini uzatmaq üçün eyni anda səkkiz futbolçu ilə yollarını ayırmağa hazırdır. Siyahıda Frenki de Yonq, Ansu Fati, Qavi, İnyaki Penya, Ronald Arauxo, Hektor Fort, Fermin Lopes və Pau Viktor var.
Qeyd edək ki, “Barselona” bu gün 36-cı tur çərçivəsində doğma meydanda “Espanyol”a qalib gəlsə, vaxtından əvvəl İspaniya çempionu olacaq.
Mirağa