Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli"nin ev oyunlarını "ASCO Arena"da keçirmək istəyi imkansız görünür. 2025/26 mövsümünü Birinci Liqada keçirəcək "Səbail" Bayıl stadionunda oynamağa davam edəcək.
Bu barədə Fanat.Az-a açıqlama verən "Səbail"in klubunun icraçı direktoru Firuz Abdulla məsələyə belə aydınlıq gətirib:
"Birinci Liqada oynamağa qərarlıyıq. Belədə avtomatik olaraq "ASCO Arena"da oynamağa davam edəcəyik. Növbəti mövsüm üçün AFFA-ya lisenziya müraciətimizdə də öz arenamızı göstərmişik və müsbət cavab almışıq. "Səbail" yaranandan bu stadionda oynayır, AFFA onu icarə əsasında klubumuza verib. Bir növ arenanın sahibi sayılırıq".
Mirağa