"Barselona"nın 17 yaşlı futbolçusu Lamin Yamal növbəti rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, istedadlı vinger La Liqanın 36-cı turunda "Espanyol"a 2:0 hesabı ilə qalib gəldikləri oyunun qəhrəmanına çevrilib.
Derbidəki uğur "Barsa"nı İspaniyanın erkən çempionu etdi.
"The Touchline" portalının məlumatına görə, Yamal tarixdə 18 yaşı tamam olmamış iki dəfə La Liqanın qalibi adını qazanan ilk oyunçudur. İlk titul iki il əvvəl, vunderkind əsas komandada debütündən qısa müddət sonra qazanılıb.
Lamin Yamal cari çempionatın 33 matçında 8 qol vurub, 13 məhsuldar ötürmə edib. O, “Espanyol”la “qızıl”a bərabər matçda həm qol vurub, həm də məhsuldar ötürmə edib.
Mirağa