Braziliya Futbol Konfederasiyasının (CBF) İdarə Heyətinin üzvləri, o cümlədən prezidenti Ednaldo Rodriqes vəzifələrindən uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qərar Rio-de-Janeyroda keçirilən məhkəmə iclasında çıxarılıb.
Rodriqesin istefasını tələb edən CBF vitse-prezidentlərindən biri olan Fernando Sarney müvəqqəti prezident təyin edilib və ona yeni seçkiləri "mümkün qədər tez" keçirmək tapşırılıb.
Mart ayında yenidən seçilən Rodriqes, Karlo Ançelottinin Braziliyanın yeni baş məşqçisi təyin edilməsindən cəmi üç gün sonra fəaliyyəti dayandırması diqqət çəkir.
Xatırladaq ki, Ednaldo Rodriqesin mayın 8-də CBF-nin vitse-prezidenti Antonio Karlos Nunes de Limanın saxta imzası sayəsində Konfederasiya prezidenti seçildiyi barədə iddialar var.
Mirağa