Birinci Liqada 26-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən tur çərçivəsində bu gün qalan 4 oyun baş tutub.
“İmişli” – “Baku Sportinq”, “Difai” – “Cəbrayıl” və “Karvan” – “Qaradağ Lökbatan” matçlarında qalib müəyyənləşməyib. "Mingəçevir" isə səfərdə MOİK üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” evdə “Zaqatala”nı böyük hesabla üstələyib - 4:0.
Birinci Liqa
26-cı tur
16 may
“İmişli” – “Baku Sporting” 0:0
“Difai” – “Cəbrayıl” 1:1
Qollar: Fərid Kərimzadə, 59 – Seymur Əliyev, 80-öz qapısına.
MOİK – “Mingəçevir” 1:3
Qollar: İbrahim Əliyev, 65-pen – Nahid Əliyev, 15. Aqil Nəsibov, 33. Abba Usman, 82.
“Karvan” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Ezekiel Morqan, 50. Emil Qasımov, 74 – Tunar Mütəllimov, 10. Təmraz Əmircanov, 45-pen.