"Barselona"nın ulduz cinah oyunçusu Lamin Yamal La Liqa çempionluğunu qazandıqdan sonra komandasının keçkiş baş məşqçisi Xavini yada salıb.
Fanat.Az xəbər verir ki, 17 yaşlı vunderkind Xaviyə təşəkkür edib.
İspaniyalı vingerin fikirlərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:
"Xaviyə təşəkkür etmək istərdim. Onsuz bu uğur mümkün olmazdı. O, bizə, gənc futbolçulara debüt etmək imkanı verdi. Ona təşəkkürümü çatdırıram".
Xavi 2021-ci ilin noyabrından 2024-cü ilin mayına kimi "Barselona"ya rəhbərlik edib. Yamal katalonların əsas komandasında 29 aprel 2023-cü ildə La Liqada "Betis"lə matçda debüt edib.
“Barselona” La Liqanın 36-cı turunda səfərdə “Espanyol”a 2:0 hesabı ilə qalib gələrək, mövsümün sonuna iki tur qalmış tarixdə 28-ci çempionluğunu təmin edib. Yamal bütün yarışlarda "Barselona"nın heyətində 53 matçda 17 qol vurub və 25 məhsuldar ötürmə edib.
Mirağa