İngiltərənin "Bornmut" klubunun mərkəz müdafiəçisi Din Heysen karyerasını "Real Madrid"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı ispaniyalı iyunun 1-də “Real Madrid”ə keçəcək. Buna görə də o, 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edə biləcək.
Müdafiəçinin müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
İspaniya mətbuatın iddiasına görə, Heysenin alınması "Real"a 60 milyon avroya başa gəlib.
Din Heysen bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.