“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”la Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçirdikləri oyunu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, qarşılaşmada sonra keçirilən mətbuat konfransında belə danışıb:
“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm. Turnir cədvəlində bütün vəzifələri artıq yerinə yetirməyikizə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırıq. Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır. Rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.