Misli Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la qarşılaşan “Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Futbolçulara təşəkkür edirəm. Son ev oyunumuz idi. İstəyirdik ki qələbə qazanıb azarkeşlərimizi sevindirək. Lakin alınmadı. Başqa deyiləsi söz yoxdur”.